ABŞ prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyəcəyini və CAATSA sanksiyalarını ləğv edəcəyini açıqlamasından sonra İsraildən sərt reaksiyalar gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İsreal24” məlumat yayıb. İsrailin ifrat sağçı hökumətinin maliyyə naziri Bezalel Smotriç Türkiyə ilə bağlı açıqlamasında bildirib ki, ölkəsi hərbi müdaxilə də daxil olmaqla bütün mümkün ssenarilərə hazırdır.
“Bizim üçün təhlükə olduğunu bilirik və İran rejiminin buna imkan vermədiyimiz kimi, Türkiyənin də İsrailin varlığını təhdid etməsinə icazə verməyəcəyik”, – deyə o vurğulayıb.
Smotriçin bu bəyanatı Trampın Türkiyəyə F-35 satışını dəstəklədiyini və CAATSA sanksiyalarının ləğv ediləcəyini açıqlamasından sonra səsləndirilib.
İsrail hökuməti isə bu qərarı ölkənin təhlükəsizliyi baxımından ciddi risk kimi qiymətləndirir. Baş nazir Benyamin Netanyahu CNN-ə müsahibəsində Türkiyəyə F-35 satışına qarşı olduğunu bir daha ifadə edərək, bu addımı İsrail üçün birbaşa təhlükə kimi dəyərləndirib.
Tahir Turan
Globalinfo.az