moldova 0

Moldovanın Azərbaycana təyin edilmiş yeni səfiri Aleksandr Esaulenko Prezident İlham Əliyevi Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib.

Globalinfo.az bildirir ki, səfir təbriklərini noyabrın 24-də Prezidentə etimadnaməsini təqdim edərkən çatdırıb.

“Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim”, – Aleksandr Esaulenko Azərbaycan dilində deyib.

Paylaş: