Rusiyanın baş naziri Mixail Mişustin İrəvana işgüzar səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari məsələlərini müzakirə edəcəklər.
Daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sahələrində qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, hökumət başçıları 2030-cu ilə qədər Avrasiya İqtisadi İttifaqı çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini nəzərdən keçirəcəklər.
İclasda Birliyə müşahidəçi dövlətlərin və dəvət olunmuş qonaqların iştirakı gözlənilir.
Qeyd edək ki, bundan əvvəlki görüş iyunun 3-4-də Belarusun Nesvij şəhərində baş tutub.
Müşviq Tofiqoğlu
Globalinfo.az