Misirdə 35 nəfəri daşıyan avtobus kanala düşdü – Ölənlər var

Misirdə avtobusun ölkənin şimalında kanala düşməsi nəticəsində 19 nəfər ölüb, 6 nəfər yaralanıb.

Globalinfo.az bildirir ki, bu barədə Reuters Misir Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Agentliyin təhlükəsizlik xidmətindəki mənbələrə istinadən qeyd etdiyi kimi, qəza magistral yolda baş verib.

Avtobus Ağa şəhərində (Şimali Dakahlia əyaləti) yerləşən Mənsuriyyə kanalına düşüb.

Avtobusda 35 nəfər olub.