Rusiya Qazaxıstanla sərhəddən sənədsiz malların idxalı səbəbindən büdcədə böyük itkilərlə üzləşir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə deyib.
Onun sözlərinə görə, hazırda Rusiya-Qazaxıstan sərhədində ağırtonnajlı yük maşınları ilə bağlı ciddi problem mövcuddur.
Putin bildirib ki, xeyli sayda yük maşını lazımi sənədlər olmadan sərhədi keçir və nəticədə dövlət büdcəsi milyardlarla rubl itirir.
“Rusiya büdcəsi milyardlarla, on milyardlarla rubldan məhrum olur, bunu deməkdən qorxmuram”, – Pezident vurğulayıb.
Tahir Turan
Globalinfo.az