fransiz vekilden noelde gazzelileri de dusunun cagrisi 1703609485 1456

Fransada “Yenilməz Fransa” (LFI) partiyasından olan deputat Antoine Leaument Milad bayramı ərəfəsində Qəzza bölgəsinə diqqət yönəltməyə çağırış edib.

Globalinfo.az-ın xarici mediaya istinadən məlumatına görə, fransalı deputat müharibə başlayandan bəri əziyyət çəkən qəzzalıları da düşünməyə səsləyib. O, bu barədə özünün X sosial media platformasında yazıb. Leaument bölgədə uşaqların olduğunu xüsusi vurğulayıb və təxminən 20 min adamın öldürüldüyünü bildirib.

Fransalı deputat İsrail hökumətinin intiqam siyasəti ucbatından əziyyət çəkən qəzzalıları düşünməyə çağıraraq, “İsrail hökuməti məktəbləri bombalayır, xəstəxanalara və mülki obyektlərə zərbələr endirir”, deyib. Leaument  bölgədə dərhal atəşkəsə əməl etməyin vacibliyini də vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: