Mikayıl Cabbarov Çinə gedir – FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik”, – deyə nazir qeyd edib.