Məzahir Pənahov Türkiyədəki seçkilərə münasibət bildirdi

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 14-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib.

Globalinfo.az bildirir ki, MSK sədri rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib ki, Türkiyədə demokratik seçkilər keçirilib:

“Türkiyə bütün dünyaya seçki nümunəsi göstərdi. Bu seçkilər dünyaya demokratik seçkilərin necə keçirilməsini sübut etdi. Hətta deyərdim ki, heç vaxt Türkiyədə keçirilən seçki qədər dünyanın heç bir ölkəsində demokratik seçki olmayıb, keçirilməyib”.