Metropolitendə maaş qalmaqalı: İşçilər narazılıq edir, qurum isə təkzib

metro yeni

Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin işçiləri minimum əməkhaqqı artımının onlara tətbiq olunmadığını iddia edirlər.

Globalinfo.az-a daxil olan məlumata görə, əməkhaqları hələ də yanvar ayında nəzərdə tutulan artımla verilmir.

Şikayətçilərin sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən 2025-ci ilin əvvəlindən ölkədə minimum əməkhaqqı 400 manat müəyyən edilsə də, metropoliten əməkdaşlarına hələ də köhnə məbləğ – 345 manat ödənilir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq.

Qurumdan bildirilib ki, şikayətlər əsassızdır və minimum əməkhaqqı artımı uyğun qaydada işçilərə tətbiq olunub:

“Sərəncamın icrasından irəli gələrək “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirilərək minimum əməkhaqqında edilən dəyişiklik qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin əmək haqqına tətbiq olunub”.

Ləman Hüseynzadə
Globalinfo.az