Messidən maraqlı paylaşım – FOTOLAR

messipervin

“Dünya Çempionları! Mən bunu dəfələrlə xəyal etmişdim, o qədər istəyirdim ki, hələ də buna inana bilmirəm…”

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ötən gün dünya çempionu olan Argentina millisinin hücumçusu, kapitan Lionel Messi oyundan sonra etdiyi paylaşımda yazıb.

Bütün dünyada oyunu ilə gündəm olan futbolçu onu dəstəkləyənlərə təşəkkür edib: “Ailəmə, məni dəstəkləyən hər kəsə, həmçinin, bizə inanan hər kəsə təşəkkür edirəm. Biz bir daha sübut edirik ki, argentinalılar birlikdə mübarizə apardıqda və birləşdikdə məqsədə çatmağa qadirik”.

O, eyni zamanda bildirib ki, bu hər hansı bir fərdin yox, komandanın nailiyyətidir: “Biz bunu bacardıq!!! Tezliklə Argentinada görüşəcəyik”.

Messinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, son 7 saat ərzində onun instaqramdakı paylaşımı 35 milyona yaxın bəyənmə, 1 milyondan çox şərh toplayıb. Feysbukdakı postunu isə 6,6 milyon insan bəyənib, 579 min komment gəlib. Messinin bu paylaşımını, həmçinin 724 min insan paylaşıb.

318897681 534055075314212 5641804541774145339 n
319232509 421264646787828 4022779183871785444 n
319491956 452449057084689 3370547713743443279 n
319542358 694725162229597 2740430148908598502 n
319746428 462667176029732 1235418579447243364 n
320700337 489649816491727 3830315792370559386 n
320756922 3413973408876036 6767896471779985537 n
320786987 518575593639162 407630110980523346 n
320808265 1138694413455181 3519289443292544799 n
320879958 906308470746775 1373394242461843894 n
320931064 897240788315862 4256063849256897210 n