Sosial şəbəkələrdə Bakıda qeydə alınan qeyri-adi bir hadisə diqqət çəkib. İstifadəçilərdən biri məşhur firmaya məxsus un kisəsinin içindən bir neçə siçanın çıxması ilə bağlı video paylaşıb.
Görüntülər sosial mediada geniş müzakirə olunub. İzləyicilər bunu sanitariya qaydalarında yol verilən məsuliyyətsizliklə əlaqələndirib. Karmen şirkəti sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımova məxsusdur. Ə.Qasımovun adı bugünlərdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə hallanır. İş adamının R.Mehdiyevin yaxın adamı olduğu, vaxtilə onun dəstəyi ilə deputat mandatı qazandığı deyilir. O özü bu iddialar haqda açıqlama verməyib.
Globalinfo.az sözügedən videonu təqdim edir: