DORAN

ABŞ Dövlət katibi Entoni Blinken İrəvana Azərbaycanla sülh müqaviləsini bağlamaqdan ötrü təzyiq etməlidir.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın Hudzon İnstitutunun məşhur eksperti Maykl Doranın “Vol Strit Jurnal”a müsahibəsində deyib.

“Blinken bu həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar təşkil edib ki, bu da sülh müqaviləsinin bağlanması üçün növbəti vasitəçilik cəhdidir. Bu, Vaşinqtonun vasitəçi kimi rolunun əhəmiyyətli genişlənməsi deməkdir. Noyabrda da Blinken Bayramov və Mirzoyanı qəbul etmişdi, lakin bu dəfə o təkcə öz qonaqlarını salamlamadı, həmçinin onlara bir-biri arasında birbaşa kontaktı üçün imkan yaratdı”, – o bildirib.

Doran həmçinin Fransa Prezidenti Emmanuel Makronun Qafqaz diplomatiyasına çox diqqət ayırdığını, burada isə Ermənistana üstünlük verdiyini deyib:

“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımadıqca məsələ həll edilməyəcək. Lakin Nikol Paşinyan bu addıma getməyə hazır deyil. Əgər İrəvan fikrini dəyişsə, ABŞ və müttəfiqləri onlarla və Bakı ilə Qarabağdakı ermənilərin rifahının təmini üçün işləyə bilər”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: