Məşhur aktyorun ailəsini görün kim dolandırır

“Mən özümə qapanıb, heç vaxt dərdimi dilə gətirən adam olmuşam. Əvvəl də belə idim, indi də eləyəm”.

Globalinfo.az Milli.Az-a istinadən xəbər verir ki, bunu bu gün “Zaurla Günaydın”da məşhur aktyor Allahverdi Yolçuyev deyib.

Aktyor tək sağlamlığındakı problemlə diqqət mərkəzinə düşməyib, o, eyni zamanda işsiz qaldığını və gəlir yerinin olmadığından narahatlığını dilə gətirib:

“Mənim 43 il Azərbaycan mədəniyyətinə azdan-çoxdan töhfəm olub. Pozitiv olmağı sevirəm, istəmirəm kiminsə mənə yazığı gəlsin. Amma hər halda mən illərlə bu səhnədə olub, amma dəyərimi almayanda, o mənə çox pis təsir edir.

Bax, mən 3 ildir bu xəstəlikdən əziyyət çəkirəm. Mədəniyyət Nazirliyi nəzdində təşkilatlar, xüsusi idarələr olmalıdır bu işlə məşğul olsun ki, bu insan haradadır, niyə yoxdur, 43 ildir o əziyyət çəkib axı. İndi işləmir, bəs nə ilə dolanır? Təqaüd də almır, maaş da almır.

64 yaşım var, gələn il təqaüdə çıxmalıyam. Amma indi yemək-içmək üçün, dolanmaq üçün qaynanamgil tərəfdən kömək olur. Nəvələrim də işləyir, onlar da dəstək olurlar”.