Məsələ Qarabağ deyil, ABŞ-ın məqsədi budur – Erməni politoloq

“Qarabağda vəziyyət nə qədər pisdirsə, ABŞ-da bir o qədər optimistdirlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants ABŞ-da Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilən görüşlə bağlı deyib.

“Ermənistan və Azərbaycan XİN başçılarının görüşü barədə amerikalıların şad və optimist açıqlamaları reallığı əks etdirmir. Tərəflərin əsas məsələlərlə bağlı hələ də fikir ayrılığına sahib olduqlarını nəzərə alsaq, danışıqlarda hansısa əhəmiyyətli irəliləyişdən söhbət gedə bilməz.

ABŞ entuziazmının izahı var. Bu ölkənin vəzifəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ya münaqişənin həlli deyil, burada məqsəd Rusiyanın regiondan sıxışdırılıb çıxarılacağı konfiqurasiyanın yaradılmasıdır”.