Merkeldən Putinlə bağlı şok etiraf: “Bunu hiss etdim”

Almaniyanın eks-kansleri Angela Merkel hakimiyyətinin sonuna yaxın Rusiya üzərində təsir rıçaqlarını itirdiyini etiraf edib.

Globalinfo.az bildirir ki, Angela Merkel bunu “Der Şpiqel”ə müsahibəsində deyib.

O, Fransa Prezidenti Emmanuel Makronla birgə 2021-ci ildə Avropa Birliyi çərçivəsində Vladimir Putinlə danışıqlar təşkil etmək istədiklərini açıqlayıb:

“Lakin mənim israr etmək üçün heç bir rıçağım yox idi. Ona görə ki, hər kəs payızda vəzifədən gedəcəyimi bilirdi”.

Merkel həmçinin 2021-ci ilin avqustunda Moskvaya səfəri zamanı artıq burada nüfuzlu siyasətçi kimi qəbul olunmadığını hiss etdiyini vurğulayıb:

“Bu, “siyasi nöqteyi-nəzərdən sizinlə hər şey bitib” mənasını verir. Putin üçün vacib olan yalnız hakimiyyətdir”.

Qeyd edək ki, Merkel Ukraynanın işğalına cəmi üç ay qalmış vəzifəsini tərk edib. Məhz onun dönəmində Berlin Rusiyaya qarşı bütün effektiv rıçaqları itirib, eləcə də ölkənin Moskvadan qaz asılılığı inanılmaz həddə çatıb.

İlkin
Globalinfo.az