Merkel: “Navalnı repressiv zorakılığın qurbanı oldu”

“Navalnı repressiv zorakılığın qurbanı oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın sabiq kansleri Angela Merkel deyib.

Merkel, Aleksey Navalnının ölüm xəbərinin onu böyük çaşqınlığa saldığını etiraf edib:

“O, Rusiyanın repressiv hökumətinin qurbanı oldu. Ölkəsini müdafiə etmək üçün ayağa qalxan cəsarətli və qorxmaz şəxsin bu cür üsullarla susdurulması dəhşətlidir. Onun həyat yoldaşının, uşaqlarının, dostları və həmkarlarının dərdinə şərikəm”.

Qeyd edək ki, Merkel hələ kansler olarkən Navalnıya fəal dəstək verib. Belə ki, o, 2020-ci ildə zəhərləndikdən sonra sonra müalicə aldığı “Berlin Charité” klinikasında şəxsən Navalnıya baş çəkib. Navalnının həbsindən sonra isə kansler Rusiya hakimiyyətini onu azad etməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az