pasik

“Bu, mənim yox, xalqın qərarı ilə müəyyən ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün taleyi barədə danışarkən deyib.

O, seçicilərlə görüş zamanı çıxış edərək deyib ki, erməni xalqının seçim imkanı olmalıdır: ya Avrasiya İqtisadi İttifaqında qalmaq, ya da Avropa İttifaqına (Aİ) yönəlmək.

Baş nazirin sözlərinə görə, onun əsas vəzifəsi vətəndaşlara seçim imkanı təqdim etməkdir:

“Beləliklə, xalq özü ölkənin gələcək istiqamətini müəyyən edə biləcək. Hər bir vətəndaş ən güclü qüvvədir”.

Bəyanat Paşinyanın parlament seçkiləri ərəfəsində bölgələrə etdiyi kampaniya səfəri zamanı səsləndirilib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: