“ABŞ Prezidenti Donald Trump İsraillə birlikdə İrana qarşı əməliyyata başlayaraq faktiki olaraq Avropanın maraqlarına zərbə vurub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Atlantic” yazıb.
Nəşr sözügedən məsələni Rusiya lideri Vladimir Putin üçün “hədiyyə” adlandırıb.
Məqalədə bildirilir ki, İranla müharibə ABŞ-ın Avropadakı müttəfiqləri üçün ciddi strateji zərbə hesab olunur.
Qeyd edilir ki, Rusiya ilə Ukrayna arasında tükənmə üzərində qurulan müharibə davam etdiyi bir vaxtda bu yeni qarşıdurma Moskvanın mövqelərini gücləndirir, Ukraynanın isə vəziyyətini çətinləşdirir.
Safura Bənnayeva
Globalinfo.az