Medvedev Ukraynanın tam tutulmasının anonsunu verdi

“Ukraynanın Rusiya ilə eyniləşdirilməməsi kimi fikirlər yanlışdır, Ukrayna elə Rusiyadır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, iki ölkəni bir-birindən ayırmaqla bağlı düşüncələrin ortadan qalxmalı olduğunu bildirib:

“Bir dəfə Ukraynanın keçmiş liderlərindən biri dedi ki, Ukrayna Rusiya deyil. Bu anlayış birdəfəlik ortadan qalxmalıdır. Ukrayna, əlbəttə ki, Rusiyadır. Rusiyanın ictimai rəyinə məhəl qoymamaq cəhdləri də dayandırılmalıdır. Ukrayna və onun əhalisi bizim ümumrusiya sivilizasiyamızın bir hissəsidir. Dnepr çayının hər iki sahilindəki ərazilər Rusiyanın strateji, tarixi sərhədlərinin tərkib hissəsidir. Bu səbəbdən onları zorla dəyişdirmək cəhdləri uğursuzluğa məhkumdur”.

Ayşən Mustafa
Globalinfo.az