Medvedevdən Makrona təhdid kimi məktub – FOTO

medvedev 0

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makrona məktub yazıb.

Globalinfo.az xəbər verir ki, mətn Medvedevin X sosial şəbəkə hesabında dərc olunub.

O, Fransa prezidentinə nüvə arsenalı ilə bağlı xəbərdarlıq edib.

“Mikron, nüvə arsenalınızla ehtiyatlı davranın!”, – Medvedev vurğulayıb.

Təhlükəsizlik Şurası sədrinin müavini məktubda qeyd edib ki, Qərb ölkələri Rusiyanın sanksiyalara görə guya təcrid olunduğunu, Kiyevə fasiləsiz dəstək verdiklərini və Moskvanın strateji məğlubiyyətinə nail olmaq məqsədini dəfələrlə bəyan ediblər.

“Lakin bu planlar həyata keçirilməyib”, – deyə Medvedev yekunlaşdırıb.

mektub

Günay Rəsulqızı
Globalinfo.az