FrTTszp5wFX5dYrlMnRjYw67ECbPbZnWg79gocm9 1200

Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlardan biri – Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.

O bildirib ki, aprelin 16-da evdən qaçan yeniyetmələrlə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, hələ də onlardan xəbər yoxdur.

Bəhram Hüseynov hadisənin baş vermə səbəbini belə izah edib:

“Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur. Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim”.

Ətraflı süjetdə:

***

Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat verib.

Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı–bibi qızıdırlar.

Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən iki yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş: