mmmm 2

“Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfəri vaxt itkisi olub”.

Globalinfo.az xəbər verir ki, bunu adının çəkilməsini istənməyən diplomat “Politiko” qəzetinə açıqlamasında deyib.

“Makron dedi ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın dəstəklənməsi ilə bağlı heç bir konkret vəd vermədi. Ona görə də bu məsələdə strateji qeyri-müəyyənlik var”, – deyə diplomat bildirib.

Qeyd edək ki, Emmanuel Makron bazar ertəsi Ağ Evdə Donald Trampla görüşüb. Lakin səfər onun arzuladığı kimi keçməyib. Tramp Ukraynanın müdafiəsinin ölkəsinin yox, Avropanın işi olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: