Makronun məkrli həmləsi – Bakı-Paris münasibətləri dondurulur?

Fransa Bakıdakı səfirini məsləhətləşmək adı ilə geri çağırıb. Rəsmi Parisin Azərbaycana qarşı sərgilədiyi mövqe fonunda belə addımın atılması sual doğurur.

Paris Azərbaycanla münasibətləri dondururmu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, son vaxtlar Fransa və Azərbaycan arasında münasibətlər gərgin müstəvidədir:

“Bu da Ermənistanla əlaqədardır. Rəsmi İrəvan və Bakı arasında münasibətlərin düzəlməsi, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyasının baş tutmasına Paris maneə törədir. Bu ölkə həmçinin Ermənistanın silahlanmasında yaxından iştirak edir. Bundan başqa, İrəvanın sərhəddə törətdiyi gərginliklərin də arxasında Fransanın olduğu deyilir”.

Politoloq hesab edir ki, Fransa səfirinin geri çağırılması münasibətlərin dondurulmasına hesablanmayıb:

“Rəmsi Paris və Bakı arasında münasibətlərin davam etdirilməsinə ehtiyac var. Fransa Bakıdakı səfirini məsləhətləşmək üçün geri çağırdığını açıqlayıb. Məsələnin nə olduunu yaxın vaxtlarda biləcəyik. Lakin Parisin Azərbaycanla münasibətləri dondurmağa risk edəcəyi inandırıcı deyil”.

Safura Bənnayeva
Globalinfo.az