Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfəri zamanı “Yerevan Marriott” otelində gecəsi 900 min dram (təxminən 4 min manat) olan prezident süitində qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Fransa nümayəndə heyəti Ermənistana 3 qrup halında gəlib. İlk iki qrup hazırlıq və təhlükəsizlik işlərini görmək üçün daha əvvəl gəlib. Onlar Makronun əşyalarını özləri ilə gətiriblər və otelə gəlməzdən əvvəl Prezidentin paltarlarını yumaq və ütüləmək üçün otel işçilərinə veriblər”, – deyə bildirilib.
Mənbəyə görə, Makronun geyimləri oteldə yuyulmayıb, peşəkar təmizliyə aparılıb, hazır olana qədər gözlənilib və sonra otelə qaytarılıb.
“Marriott” gücləndirilmiş nəzarət altındadır, hətta əlavə kameralar da quraşdırılıb.
Qalan yüksək vəzifəli qonaqlar “Alexander” və “Golden Palace” otellərində yerləşdirilib”.
Əliyar Xəlil
Globalinfo.az