Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “Disneyland”da çəkilən görüntüləri maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, o, burada yerləşən köşkdə DJ kimi çıxış edib.
Fransanın 72 yaşlı birinci xanımı milli futbol komandasının baş məşqçisi Didye Deşam ilə birlikdə xəstə uşaqlar və onların ailələri üçün kiçik bir əyləncə təşkil edib. Bu zaman özü də DJ kimi musiqilər çalmağa başlayıb.
72 years old Brigitte Macron met with sick children and their families at Disneyland Paris and played the DJ for them pic.twitter.com/41VX2oKL1A
— AlexandruC4 (@AlexandruC4) January 16, 2026
Əliyar Xəlil
Globalinfo.az