Makron homoseksual gənci baş nazir təyin etdi

Fransanın yeni baş naziri ölkənin təhsil naziri vəzifəsini icra edən 34 yaşlı Qabriel Atal təyin edilib. 

Globalinfo.az xəbər verir ki, Q.Atal Fransanın ən gənc hökumət başçısı hesab edilir.

Onun Fransa Prezidenti Emmanuel Makronun ən yaxın adamlarından biri olduğu, hətta prezident postunun potensial namizədi olduğu iddia edilir.

Xatırladaq ki, Fransanın Baş naziri Elizabet Born ötən gün vəzifəsindən istefa verib.

***

Fransanın təhsil naziri Qabriel Atal ölkənin baş naziri postunda Elizabet Bornun varisidir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Yelisey sarayındakı mənbəyə istinadla məlumat yayıb.

“Bu varis seçimi ilə Fransa Prezidenti Emmanuel Makron başlanğıcında bir sıra qeyri-populyar islahatlarla yadda qalan ikinci prezidentlik beşilliyinə yeni nəfəs verməyə çalışır. 34 yaşlı evli homoseksual Atal Fransa tarixinin ən gənc baş naziri olacaq. Beləliklə, Atal 1987-ci ildə Baş nazir olan Loran Fabiusu da keçəcək”, – agentlik bildirib.

Qeyd edək ki, Fransa Baş naziri Elizabet Born ötən gün istefa verib.