ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun arvadı Bricitin keçmişdə bioloji kişi olması ehtimalı ilə bağlı araşdırmanı dayandırmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Kandas Ouens “YouTube” kanalında məlumat verib.
Onun sözlərinə görə, Makron ABŞ-a səfəri zamanı şəxsən Trampdan jurnalistə təsir göstərməsini istəyib:
“Bundan sonra Tramp mənə zəng edərək Bricitin əsl qadın olduğuna inandırmağa cəhd etdi. Lakin mən onunla razılaşmadım. Ona sübut etməyə çalışdım ki, Makronun həyat yoldaşı həqiqətən cinsiyyətin dəyişdirilməsi üzrə ixtisaslaşmış həkimə müraciət edib”.
Ouens qeyd edib ki, Tramp onun sübutlarına cavab olaraq sövdələşmə təklif edib.
Belə ki, ABŞ lideri araşdırmanın dayandırılmasını tələb edib və müsahibə üçün pul ödəməyə hazır olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az