makron64

“Ermənistanın son dövrdə əldə etdiyi uğurlar məhz cəsarətli siyasi qərarların nəticəsidir və bu, ölkə üçün yeni imkanlar yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrəvanda çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu nailiyyətlər son illərdə göstərilən qətiyyət sayəsində mümkün olub və Ermənistanın gələcək inkişafı üçün geniş perspektivlər açır.

Makron həmçinin regionda normallaşma istiqamətində atılan ilkin addımları müsbət qiymətləndirib. O, Ermənistan və Azərbaycan arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması üçün görülən işləri və Ermənistanla Türkiyə arasında humanitar məqsədlərlə sərhədin qismən açılmasını alqışladığını bildirib:

“Uzun illər Ermənistanın təhlükəsizliyinin yalnız Rusiya ilə bağlı olduğu düşünülürdü. Lakin 2020-ci il müharibəsi və sonrakı hadisələr bu yanaşmanın reallığa uyğun olmadığını göstərdi”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: