Mahmud Abbas Türkiyədədir

Fələstin prezidenti Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib. 

Globalinfo.az  xəbər verir ki, Fələstin prezidenti  Esenboğa hava limanında bir çox rəsmi şəxslər qarşılayıb.

Sabah Ərdoğan və Abbas arasında görüşün keçiriləcəyi, Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsindəki son proseslər və digər aktual, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı bildirilir.

Tahir Turan
Globalinfo.az