Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Qəzzaya gedəcək.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.
Mahmud Abbas qeyd edib ki, ölüm təhlükəsinin olmasına baxmayaraq, o, bu qərarından geri çəkilməyəcək.
Fələstin lideri eyni zamanda bunları qeyd edib: “Xalqımız öz vətəninə sadiqdir və nəyin bahasına olursa-olsun qəsbkarları öz torpaqlarından qovacaq.
Oktyabrın 7-dən bəri Qəzzada 40 min insan həlak olub, 80 min yaralı və 10 min itkin var”.
“Buna baxmayaraq, xalqımız sınmayacaq, təslim olmayacaq, biz dik durmağa davam edib torpağımızı tərk etməyəcəyik. Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir. Qəzzada başqa dövlət qurula bilməz. Qəzzanı yenidən quracağıq. Biz bunu gələcəkdə paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətimizi qurmaq üçün edəcəyik”, – Mahmud Abbas vurğulayıb.
Mahmud Abbas “İsraili Fələstinin varlığını yox etmək və fələstinliləri bir daha deportasiya etməkdə” ittiham edib və əlavə edib ki, İsrail bu məqsədinə nail olmayacaq.
HƏMÇİNİN OXUYA BİLƏRSİNİZ: Ermənistanın yüksəklikləri ələ keçirmək arzusu: “Ordumuz bu mövqelərdən…” – VİDEO