media 1759396139.orban 1759394643328 770x 40uyg5

Macarıstan “Drujba” boru kəməri ilə Rusiya neftini alana qədər Ukraynaya qaz tədarükünü dayandırır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Məlumata görə, bu qərar ölkə hökumətinin iclasında qəbul edilib.

“Nə qədər ki Ukrayna neft tədarük etmir, o, Macarıstandan qaz almayacaq. Biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq, benzinin sabit qiymətlərini və qazın azaldılmış tariflərini saxlayacağıq”, – Orban deyib.

O həmçinin vurğulayıb ki, yaranmış şəraitdə Macarıstan özünün neft məhsulları ehtiyatlarını artıracaq.

Paylaş: