
Macarıstan Avropa Sülh Fondundan ayrılan məbləği Ukraynaya silah tədarükünə deyil, Çadın müdafiəsi üçün istifadə etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Biz Livanın təhlükəsizliyinə zəmanəti təmin edə bilsin deyə Livan ordusuna dəstək üçün bir milyon avro göndərmişik. Bu məbləğ Avropa Sülh Fondundan ayrılır. Bunu ona görə edə bilirik ki, Ukraynaya yardım göndərmirik. Buna görə də pulumuzu başqa yerlərə xərcləyə bilirik.
Ona görə də Livana ordunu möhkəmləndirmək üçün maddi dəstək təklifi etmişik”, – Siyarto “Facebook” hesabında yayımladığı videomüraciətində bildirib.
Xatırladaq ki, iyun ayında Siyarto Ukraynada macar firmalarına qarşı ayrı-seçkiliyə son verilmədikcə Avropa Sülh Fondundan Ukraynaya silah tədarükü üçün heç bir məbləğə razılıq verməyəcəyini deyib.
Aysel Əliyeva
Globalinfo.az