“Avropalı siyasətçilər utanmadan son ukraynalıya qədər döyüşmək niyyətlərini bəyan edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Onlar Ukraynada mənasız qırğınları davam etdirmək niyyətindədirlər. Qərb KİV-lərində Şərqdən gələn təhlükə ilə bağlı isterik əhval-ruhiyyə artır, bəzi avropalı siyasətçilər hətta qitədə nüvə silahından istifadənin mümkünlüyündən danışırlar”, – o bildirib.
Prezident xatırladıb ki, Avropa İttifaqı (Aİ) rəhbərliyi növbəti dörd il ərzində 800 milyard avro büdcə ilə yenidən silahlandırmaq proqramını həyata keçirmək fikrindədirlər:
“Hələ çox şey görəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az