Lukaşenkodan Paşinyana irad: “Məgər Minsk bu qədər uzaqdır?”

lukasenko pasinyan 1

Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.

Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.