Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinlə müqayisə olunmasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında danışıb.
Lukaşenko bildirib ki, özünü nə imperator, nə də diktator hesab edir.
Onun sözlərinə görə, ABŞ və Rusiya liderlərindən fərqli olaraq, onun iradəsini qlobal miqyasda həyata keçirmək üçün kifayət qədər resursları yoxdur.
Belarus lideri Tramp və Putini “böyük insanlar” adlandıraraq qeyd edib ki, onların imkanları və təsir dairəsi daha genişdir. O əlavə edib ki, Belarusun imkanları məhduddur və bu səbəbdən onu həmin liderlərlə eyni səviyyədə müqayisə etmək düzgün deyil.
Tahir Turan
Globalinfo.az