
“Biz İranla eyni gəmidəyik və buna görə heç də peşman deyilik”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən deyib.
Lukaşenko Əhmədiana Belarusun sanksiya və təzyiqlərə dözdüyünü bildirib:
“Bizə ölkənizlə birgə fəaliyyət lazımdır, çoxqütblü dünyaya doğru irəliləyirik. Bu, çətin yol olacaq, biz isə öz yolumuzu ləyaqətlə getməyə hazırıq”.
Qeyd edək ki, Əli Əkbər Əhmədian 12 sentyabrda Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü.