Lukaşenko: “O vaxt sağ qalmasaydıq, müharibə olacaqdı”

“Allah bizə 2020-ci ildə baş verən üsyan cəhdində kömək oldu. Əgər o vaxt sağ qalmasaydıq, burada müharibə olacaqdı”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Rəqiblərimiz NATO qoşunlarını Belarusa gətirəcəkdilər. Bu halda Rusiyanın reaksiyasını təsəvvür etmək çətin deyil. Kreml Smolensk yaxınlığında NATO qoşunlarının olmasına susqun yanaşmayacaqdı. Bu, nüvə müharibəsinə səbəb olacaqdı. Amma biz sağ qaldıq, Allah kömək oldu”, – Lukaşenko vurğulayıb.

Belarus liderinin sözlərinə görə, bu gün vəziyyət daha təhlükəlidir.

“Buna görə də diqqətli olmaq lazımdır. Əlavə bir səhv addım bizi uğursuzluğa düçar edəcək. Bizi heç kim xilas edə bilməyəcək. Özümüzü müdafiə etməkdə çətinlik çəkəcəyik. Ətrafda elə yırtıcılar var ki, geriyə baxmağa vaxt tapmadan bizi yeyəcəklər”, – deyə Lukaşenko vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az