Belarus Prezidenti Aleksandr Lukaşenko Çin sədri Si Cinpin ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “BELTA” agentliyi məlumat paylaşıb.
“Dövlət başçıları arasında ünsiyyət Pekində Çjonqnanhay iqamətgahında baş tutub. Onlar əvvəlcə çay içərək işgüzar görüş planlaşdırırlar. Daha sonra dövlət başçıları təkbətək danışacaq və dostluq naharı olacaq”, – nəşr yazıb.
Qeyd edək ki, A.Lukaşenko iyunun 2-dən 4-dək Çində səfərdə olacaq.
Belarus Baş nazirinin birinci müavini Nikolay Snopkovun Pekində jurnalistlərlə söhbətində bildirib ki, bu, işgüzar səfər deyil və səmimi şam yeməyi nəzərdə tutulur.
Əliyar Xəlil
Globalinfo.az