“SpaceX” ən böyük kosmik gəmini orbitə göndərdi – VİDEO

“SpaceX” tarixin ən böyük kosmik gəmisi olan “Starship Super Heavy”ni orbitə göndərib.

Kosmik gəmi ilə birlikdə daşıyıcı raket Texasdakı Boka Çika buraxılış qurğusundan uğurla havaya qalxıb.

Lakin uçuş yenə də uğursuz olub. Belə ki, “SpaceX” həm daşıyıcı aparatı, həm də kosmik gəmini Yerə qaytarmağı planlaşdırsa da bunu bacarmayıb.

Qeyd edək ki, “Starship” indiyə qədər buraxılmış ən böyük və ən güclü kosmik gəmidir. İlon Maskın planlarına görə, o, Aya və Marsa uçacaq. Cari buraxılış sayca üçüncüdür və əvvəlkilər kimi uğursuzluğa düçar olub.