WhatsApp Image 2025 01 26 at 15.55.46

Belarus lideri Aleksandr Lukaşenko Azərbaycan və bir sıra digər ölkələrin prezidentlərini Qələbə Günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vaaqn Xaçaturyana, Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və ölkənin ilk prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti Emoməli Rəhmona, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova və Türkmən xalqının ümummilli lideri, Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Slovakiyanın Baş naziri Robert Fikoya, eləcə də Moldova və Ukrayna xalqlarına göndərilib.

Lukaşenko qeyd edib ki, müharibənin ağır sınaqlarına sinə gərən xalqların dostluğu mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün sarsılmaz təməl olaraq qalır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: