Belarus Prezidenti Aleksandr Lukaşenko xokkey matçında zədə alıb.
Globalinfo.az xəbər verir ki, hadisə onun komandası ilə Brest komandası arasında 5-5 bitən matçda yaşanıb.
71 yaşlı Lukaşenko öz komanda yoldaşı tərəfindən arxadan vurularaq yıxılıb və bir müddət buz üzərində qalıb.
Lukaşenkonu yıxan Belarus millisinin sabiq xokkeyçisi Yaroslav Çupris olub.
Ağır zərbə almasına baxmayaraq Lukaşenko matçında qəhrəmanı olub. O,oyun başa çatmasına bir saniyə qalmış komandasının bərabərlik qolunu vurub.
Zədə almasından danışan Belarus lideri vəziyyətinin yaxşı olduğunu bildirib.