Lui Bono bölgəyə gəlir: İrəvanda nə müzakirə ediləcək?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı sülhə nail olmaq üçün ən yaxşı yolun müzakirə olunacağını deyib.

ABŞ nümayəndəsi İrəvanda aparılacaq danışıqlarla bağlı qeyd edib ki, Vaşinqton Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləyir.

Qeyd edək ki, Lui Bononun bölgəyə son səfəri may ayında olub.

Tahir Turan
Globalinfo.az