Livanın Xarici İşlər Nazirliyi İranın ali rəhbərinin müşaviri Əliəkbər Vilayətinin açıqlamalarını kəskin şəkildə pisləyib.
Globalinfo.az xəbər verir ki, nazirliyin bəyanatında bu fikirlər Livanın daxili işlərinə qəbuledilməz müdaxilə kimi qiymətləndirilib.
Sənəddə vurğulanır ki, bu, yüksək səviyyəli İran rəsmilərinin Livanın daxili qərarları ilə bağlı heç bir əlaqəsi olmadan verdiyi qəbuledilməz bəyanatların ilk nümunəsi deyil.
“Livan bu cür açıqlamaları qəti şəkildə rədd edir və istənilən xarici qüvvənin Livan xalqı adından danışmasına və ya hökumətin qərarlarına himayədarlıq iddiasına icazə verməyəcək”, – bəyanatda qeyd olunub.
Tahir Turan
Globalinfo.az