Litva Kiyevə bu qədər vəsait ayırdı

Litva Ukrayna Silahlı Qüvvələri üçün artilleriya mərmilərinin alınması məqsədilə 35 milyon avro ayırıb.

Globalinfo.az xəbər edir ki, bunu ölkənin Baş naziri İnqrida Simonyte deyib:

“Litva hökuməti Ukrayna üçün döyüş sursatının alınmasına 35 milyon avro ayırıb”.

Qeyd edək ki, Ukraynaya mərmi alınması üçün pul vəsaitinin toplanması məsələsi Çexiyanın təşəbbüsü ilə gündəmə gəlib.