Lerikdə şəlaləyə baxan qadın hündürlükdən yıxıldı

lerik 0

Lerikə turla gedən 62 yaşlı qadın hündürlükdən yıxılaraq xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Lerik rayonunun Sıvakəran kəndi ərazisində baş verib.

Qax rayon sakini 62 yaşlı Elmira Vaqif qızı Abbasova turla Lerik rayonuna səfər edib. Qrup üzvləri Sıvakəran kəndi ərazisində olan şəlaləyə baxmağa gedərkən E.Abbasovanın ayağı sürüşərək hündürlükdən yıxılıb.

Dərhal əraziyə FHN Cənub Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasediciləri cəlb olunub. Xilasedicilər meşənin 500 metr dərinliyə qədər olan yolu piyada qət ediblər və xəsarət alan şəxsə elə yerindəcə ilkin tibbi xidmətlər göstəriblər. Sonra xüsusi avadanlıq vasitəsilə E.Abbasovanı çıxarıb aidiyyəti üzrə təhvil veriblər.