Macarıstanda Orban administrasiyası Ukraynanın Aİ-yə daxil olması ilə bağlı vətəndaşlar arasında poçt sorğusu keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yevropeyskaya pravda” məlumat yayıb.
Qeyd olunur ki, poçtla göndərilən bülletenə Ukraynanın Avropa İttifaqına üzvlüyünün Mavarıstan üçün “yeddi riskini” təsvir edən məktub əlavə edilib.
Sözügedən risklərə bunlar da daxildir:
Bazar Ukraynanın geni dəyişdirilmiş məhsulları ilə dolacaq;
Macarlar yoxsullaşacaq, onların 13-cü maaşı alınacaq, çünki Avropanın bütün pulları Ukraynaya gedəcək;
Macarıstan narkotik alverçiləri və mafiya ilə dolacaq;
Peyvənd olunmamış ukraynalılar avropalıların sağlamlığını təhdid edəcək.
Aysel Əliyeva
Globalinfo.az