Lavrovdan “güc sınanması” açıqlaması – Bakı-İrəvan mesajı

“Rusiya digər beynəlxalq iştirakçıların vasitəçilik sahəsində öz güclərini sınamasına qarşı deyil”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı ilə İrəvan arasında vasitəçilər barədə danışarkən deyib.

“Əsas odur ki, bu vasitəçilik razılaşmaların təmin olunması məqsədini daşısın. Bu razılaşmalar isə erməni və Azərbaycan xalqının, Ermənistan və Azərbaycan dövlətinin maraqlar balansını əks etdirsin”, – S.Lavrov bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az