Lavrov Qərbə yeni ad qoydu, məşhur fikrini dandı

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi “azlıq” adlandırıb.

Globalinfo.az xəbər verir ki, o, Qərbin bütün insanlıq adından danışmağa haqqının olmadığını söyləyib.

“Mütləq şəkildə beynəlxalq ictimaiyyətin bütün üzvlərinə hörmət nümayiş etdirilməlidir”, – S.Lavrov bildirib.

Rusiya baş diplomatı Vaşinqtonu qloballaşmanı dağıtmaqda ittiham edib. Maraqlı məqam isə daim qloballaşmaya qarşı təbliğat aparan Lavrovun onu “bütün insanlığın ən böyük uğuru” adlandırması olub.

İlkin Həsənov
Globalinfo.az