3069824

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) tərəfindən gerçəkləşdirilən Lahor-Bakı reysinin qarşılanma mərasimi baş tutub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Lahor-Bakı reysinin açılmasının Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin daha da yaxınlaşdıracağını vurğulayıb.

Qeyd edək ki, tədbirdə səfirliyin əməkdaşları və bir sıra ictimai-siyasi şəxslər iştirak ediblər.

whatsapp image 2025 04 20 at 16.41.07 whatsapp image 2025 04 20 at 16.41.06 3

Paylaş: