Laçından prezidentə belə məruzə edildi – Video

Avqustun 26-da Laçın rayonunun mərkəzi, eləcə də Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib.

Globalinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edilib. Məruzəni Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov edib.

“Möhtərəm Prezident, Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”

Globalinfo.az